Telefonun avtomatik kilidlənməsini qurmaq
Telefonunuzu icazəsiz istifadədən qorumaq istəyirsiniz? Təhlükəsizlik kodunu təyin edin və
telefondan istifadə etmədikdə onun avtomatik kilidlənməsini təyin edin.
1. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Kilid ekranı toxunun.
2. Parol seçimini Aktiv
təyin edin və təhlükəsizlik kodunu (ən azı 4 rəqəm) daxil edin.
3. Sonra parol tələb et vurun və telefonun avtomatik kilidlənməsi üçün lazım olan vaxtı daxil edin.
Təhlükəsizlik kodunu gizli yerdə və telefondan ayrı saxlayın. Təhlükəsizlik kodunu unutsanız və onu
bərpa edə bilməsəniz və ya kodu bir neçə dəfə səhv daxil etsəniz, telefonunuzu texniki baxışa
aparmanız tələb olunacaq. Əlavə xərclər tələb oluna və telefonunuzda olan șəxsi məlumatlar silinə
bilər. Ətraflı məlumat almaq üçün Nokia Care və ya telefon dilerinizlə əlaqə saxlayın.
Telefonun kilidini açmaq
İşəsalma düyməsini basın, kilid ekranını yuxarı sürüşdürün və təhlükəsizlik kodunu daxil edin.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
106
Gizli kodunuzu dəyişdirin
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Kilid ekranı > Parolu
dəyişdirin toxunun.