Telefon kilidli olduqda ondan istifadə
Telefon kilidli olduqda təhlükəsizlik kodunu daxil etmədən onun müəyyən xüsusiyyətlərindən istifadə
edə bilərsiniz.
Telefonu oyatmaq üçün işəsalma düyməsini basın.
Bildirişlərinizə baxın
Ekranın yuxarısından aşağı çəkin.
Kameranı açmaq
Kamera düyməsini basıb saxlayın.
Daxil olan zəng bildirişini dəyişmək
Səs səviyyəsi düyməsinə basın və seçiminə toxunun.
Musiqiyə fasilə vermək, davam etmək və ya başqa bir mahnıya keçmək
Ekranın yuxarısında yerləşən musiqi pleyeri idarəedicilərindən istifadə edin.