Nasazlıqların aradan qaldırılması və dəstək
Telefonunuz haqqında ətraflı öyrənmək istədikdə və ya telefonunuzun necə işlədiyindən əmin
deyilsinizsə, yoxlamaq üçün bir neçə dəstək kanalları mövcuddur.
Telefonunuzdan optimal șəkildə yararlanmaq üçün telefonunuzda əlavə göstərișlərin verildiyi
istifadəçi təlimatları mövcuddur. Başlama ekranında sola çəkin və Nokia Care seçiminə toxunun.
Həmçinin www.nokia.com/support ünvanına daxil olaraq așağıdakılara baxa bilərsiniz:
•
Nasazlığın aradan qaldırılması hağğında məlumat
•
Müzakirələr
•
Proqram təminatı və yükləmələr üzrə xəbərlər
•
Proqram təminatı yeniləməsinə dair məlumat
•
Xüsusiyyətlər və texnologiyalar haqqında əlavə məlumatlar və cihaz və aksesuarların uyğunluğu
Nasazlığın aradan qaldırılması və müzakirələr bütün dillərdə mövcud olmaya bilər.
Dəstək videoları üçün www.youtube.com/NokiaSupportVideos üzərinə keçin.
Telefonunuz donursa
Așağıdakıları cəhd edin:
•
Səs səviyyəsini azaltma düyməsini və ișəsalma düyməsini eyni vaxtda təxminən 10 saniyə basıb
saxlayın. Telefon işə düşür.
•
Telefonun proqram təminatını yeniləyin.
•
Telefonu ilkin vəziyyətinə bərpa edin. Bu, zavod parametrlərini bərpa edir, eləcə də, satın aldığınız
və yüklədiyiniz proqramlar daxil olmaqla bütün șəxsi məlumatları silir. Başlama ekranında ekranın
yuxarısından aşağı çəkin və Bütün parametrlər > Sistem haqqında > Telefonunuzu sıfırlayın
seçiminə toxunun.
Əgər problem yenə də həll olunmamış qalarsa, təmir seçimləri üçün şəbəkə xidməti təminatçınızla,
yaxud Microsoft Mobile ilə əlaqə saxlayın. Telefonunuzu təmirə göndərməmişdən əvvəl hər zaman
verilənlərinizin ehtiyat nüsxəsini çıxarın, çünki telefonunuzda olan bütün şəxsi məlumatlar silinə bilər.
İşarə:Telefonunuzu müəyyən etmək, vahid IMEI nömrəsini öyrənmək istəyirsinizsə, *#06#
nömrəsinə zəng edin.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
109