Yaddaş kartını daxil etmək
Yaddaş kartını (ayrıca satılır) telefona daxil etməyi öyrənin.
Telefonunuz söndürülmüş olmalıdır.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
Telefonunuz həcmi 64 GB-a qədər olan yaddaş kartlarını dəstəkləyir.
1. Kamera flaşına basın və açılana kimi arxa qapağı çəkin.
2. Yaddaş kartı saxlayıcısı çıxana kimi onu sürüşdürün və saxlayıcını qaldırın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
8
3. Yaddaş kartını kontakt sahəsi üzü aşağı halda saxlayıcıya qoyun və saxlayıcını yerinə salın.
4. Yerinə keçənə kimi saxlayıcını sürüşdürün.
5. Arxa qapağın aşağı kənarını telefonun aşağı kənarına tərəf basın və yerinə yerləşənə kimi qapağın
arxasını basın.