Outlook məlumatını Android telefonu və ya iPhone-dan ötürün
Outlook əlaqələrini, təqvim elementlərini və ediləcək işləri Android telefonunuzdan və ya iPhone-
unuzdan Nokia Lumia-ya ötürmək üçün Microsoft hesabınızdan istifadə edin.
Nokia Lumia-nızı Outlook.com ilə sinxronlaşdırmaq üçün sizə Microsot hesabı lazımdır.
1. Telefonunuzu kompüterinizə qoşmaq üçün uyğun USB kabelindən istifadə edin.
2. Elementləri Outlook-a sinxronlaşdırmaq və əlaqələr, təqvim daxiletmələri və görüləcək işləri
telefonunuzdan kompüterinizə sinxronlaşdırmaq üçün kompüterinizdə Samsung Kies, HTC Sense,
Sony PC Companion və ya iTunes kimi sinxronlaşdırma üzrə uyğun proqram təminatını qurun.
3. Outlook-da Microsoft Outlook Hotmail Connector-dan istifadə edərək Microsoft hesabını Outlook-
a əlavə edin. www.office.microsoft.com ünvanına daxil olun, Hotmail Connector-u axtarın və onu
kompüterinizə yükləyin. Siz Hotmail Connector parametrlərini konfiqurasiya etməli ola bilərsiniz.
4. İstədiyiniz məzmunu Outlook-dan Microsoft hesabına sinxronlaşdırın. Məzmun Microsoft
hesabınızda mövcud olmazdan əvvəl, bu bir az vaxt apara bilər.
5. Məzmunu yeni Nokia Lumia-nıza sinxronlaşdırmaq üçün sadəcə Microsoft hesabınıza daxil olun.
Əlavə məlumat üçün www.windowsphone.com ünvanına daxil olun və Outlook əlaqələrini və təqvimi
Windows Phone-a necə sinxronlaşdırmağa dair tez-tez verilən suallara baxın.