Telefonunuzda bildirişləri yoxlayın
Ən son poçt və ya mesajlarınızı cəld yoxlamaq istəyirsiniz? Yaxud Wi-Fi şəbəkəsinə asanlıqla qoşulmaq
istəyirsiniz? Siz cəld bildirişləri yoxlaya, bəzi parametrləri və ekranın yuxarısından açılan əməliyyat
mərkəzində bir çox şeyləri dəyişdirə bilərsiniz.
1. Ekranın yuxarısından aşağı çəkin.
Bu ekranda siz aşağıdakıları edə bilərsiniz:
•
Buraxılan zənglərinizi və ən son oxunmamış poçt və mesajları görün
•
Mağaza-da proqram yeniləmələri kimi hər hansı bildirişləri yoxlayın
•
Proqramları açın
•
Wi-Fi şəbəkələrini yoxlayın və onlara qoşulun
•
Cəld parametrlərə keçin
2. Menyunu bağlamaq üçün geri düyməsinə basın.
Əməliyyat mərkəzini fərdiləşdirin
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və Bütün parametrlər > Bildirişlər+Fəaliyyətlər
toxunun. Qısayolu dəyişdirmək üçün qısayolun və istədiyiniz proqramın üzərinə toxunun. Siz həm də
qəbul etmək istədiyiniz bildirişləri necə qəbul etməyi seçə bilərsiniz.