
Geri, axtarış və başlama düyməsi
Geri, başlama və axtarış düymələri telefonunuzda naviqasiya etməyə kömək edir.
• Hansı proqramları açdığınıza baxmaq üçün seçiminə basıb saxlayın. Siz sonra başqa proqrama
dəyişə və ya sizə lazım olmayan proqramları bağlaya bilərsiniz.
• Əvvəlki ekrana geri qayıtmaq üçün vurun. Telefonunuz son dəfə kilidləndikdən sonra daxil
olduğunuz proqramları və veb-saytları xatırlayır.
• Başlanğıc ekranına daxil olmaq üçün basın. Daxil olduğunuz proqram fonda açıq qalır.
• Vebdə axtarış aparmaq və ya telefonunuzda olan elementləri axtarmaq üçün basın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
17

• Telefonunuzu səsinizlə idarə etmək üçün basıb saxlayın və səs əmrini deyin.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün
www.windowsphone.com ünvanına daxil olun.